6 C
Baku
25 Fevral 2026, 0:44
DünyaHadisə

Dünyanın ən yaşlı marafonçusu Sinq 114 yaşında vəfat etdi

Hindistanda dünyanın ən yaşlı marafonçusu olduğu güman edilən britaniyalı hindistanlı Fauja Sinq yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişib.

O, dünyanın ən yaşlı marafonçusu kimi tanınırdı…

Olimpiya Oyunlarının internet saytındakı xəbərdə doğulduğu Hindistanın Beas Pind qəsəbəsində yolu keçmək istəyərkən avtomobilin onu vurması nəticəsində ağır yaralanan Fauca Sinqhin öldüyü bildirilib.

1911-ci ildə anadan olan, fiziki zəifliyi səbəbindən 5 yaşına qədər yeriyə bilməyən Sinq 2000-ci ildə 89 yaşında Londonda ilk marafonuna qatılıb.

“Turbanlı qasırğa” kimi tanınan Sinq Londondan başqa Toronto, Nyu-York, Honq Konq və Mumbay kimi şəhərlərdə yarışıb.

Sinq 2011-ci ildə Toronto marafonunu 8 saatdan çox qaçaraq 100 yaşında marafonu başa vuran ilk idmançı oldu.

2013-cü İLDƏ KARYERASINA SON VERDİ

London 2012 Olimpiya Oyunlarında məşəl daşıyan Sinq 2013-cü ildə Honq-Konqda 10 kilometr məsafəyə yürüşdə çıxış etdikdən sonra karyerasını başa vurub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna müharibəsinin ən uzun fasiləsiz cəbhə xətti xəritələndirildi

Aynur Camal

Bilirdinizmi? Ən çox neft ixrac edən ölkə dəyişib?

Aynur Camal

Dünyanın ən böyük aviadaşıyıcısı USS Gerald Ford ABŞ-ın Kritdəki bazasına çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu