20 C
Baku
12 Sentyabr 2025, 15:02
Baş xəbərDünya

Dünyanın ən yaşlı pişiyi 33 yaşında dünyasını dəyişdi

İngiltərədə qeyri-rəsmi qeydlərə görə, dünyanın ən yaşlı pişiyi olan “Rosie” 33 yaşında vəfat edib.

Daha əvvəl dünyanın ən yaşlı pişiyi kimi Ginnesin Rekordlar Kitabına düşən Creme Puff adlı pişik 38 yaşını yaşayıb.

Puffdan sonra dünyanın ən yaşlı pişiyi titulu 33 yaşlı Roziyə çatıb.

İngiltərənin “The Sun” qəzetinin məlumatına görə, İngiltərənin Norfolk şəhərində yaşayan 73 yaşlı Lila Brisset məsələ ilə bağlı açıqlama verib.

Brisset 1990-cı illərdə övladlığa götürdüyü pişiyi Rozinin 33 yaşında öldüyünü bildirib. Pişiyin yaşının insan illərində 152 yaşa bərabər olduğu bildirilir.

Qeyri-rəsmi qeydlərə görə, dünyanın ən yaşlı pişiyi kimi tanınan Rozinin sahibi Brisset öz pişiyinin rəsmi olaraq bu titul alması üçün Ginnesə müraciət etməyib.

Ginnesin Rekordlar Kitabına görə, İngiltərədən olan 28 yaşlı Flossie dünyanın ən yaşlı pişiyi adına sahibdir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər edildi

Bugün TV

“Su Səsi” adlı layihəyə start veriləcək

Aynur Camal

Tarixi malikanədə yanğın baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu