Bugun.tv xəbər verir ki, Şri-Lankada 62 yaşlı istefada olan əsgər Canistus Coonghe qarın ağrısı səbəbindən Kolombo Hərbi Xəstəxanasına gedib. Şri-Lankanın paytaxtı Kolomboda bir xəstədən dünyanın ən böyük və ən ağır böyrək daşı götürülüb.
TRT Haberin məlumatına görə, böyrək daşları “dünyanın ən böyük” və “dünyanın ən ağır böyrək daşı” olmaqla iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına daxil olub. Əməliyyatda həkimlər Coonghe-nin böyrəyindən uzunluğu 13,3 santimetr, eni 10,5 santimetr və çəkisi 801 qram olan daş çıxarıblar.
Müxbir: Şəms Elnurqızı
