13 C
Baku
2 Dekabr 2025, 23:05
Dünya

Dünyanın ən böyük hörümçək toru kəşf edildi

Albaniya-Yunanıstan sərhədi yaxınlığındakı bir mağarada 100 kvadrat metrlik nəhəng bir hörümçək toru aşkar edilib. Zəhərli mühitə baxmayaraq, hörümçəklər mikroblarla qidalanan və torda tutulan sıx bir ağcaqanad populyasiyası sayəsində sağ qalırlar.

Alimlər Albaniya-Yunanıstan sərhədindəki bir mağarada 100 kvadratmetrlik nəhəng bir hörümçək toru aşkar ediblər.

Bu heyrətamiz quruluşun on minlərlə hörümçəyə ev sahibliyi etdiyi və bu, indiyə qədər tapılan ən böyük hörümçək toru olduğu deyilir. Araşdırma nəticəsində məlum olub ki, toru təxminən 69.000 ev hörümçəyi və 42.000 Prinerigone vagans hörümçəyindən ibarət sıx bir koloniyaya ev sahibliyi edib.

The Independent qəzetinin məlumatına görə, normalda sosial olduğu bilinən hörümçəklərin nəhəng birləşmiş hörümçək torları qurduğu sənədləşdirilib. Lakin, bu, alimlərin tək növlərin nəhəng bir tor yaratmaq üçün bir araya gəldiyini ilk dəfə müşahidə etdikləri haldır.

Tədqiqatçılar qeyd edirlər ki, hər iki növün səthdə yaşadığı və əvvəllər koloniyalar yaratdıqları bildirilməyib.

Yunanıstanda mağara girişinin yerləşdiyi ərazidə və Albaniyanın daha dərin hissələrində yerləşən bu “hörümçək meqapolisi” ilk dəfə 2022-ci ildə yeraltı həyatı araşdıran qruplar tərəfindən kəşf edilib. Alimlər hörümçək növünü təsdiqləmək üçün DNT nümunələrini sınaqdan keçiriblər.

ZƏHƏRLİ QAZ MÜHİTİNDƏ YAŞAMAQ SİRRİ

Günəş işığı olmayan və yüksək səviyyədə zəhərli hidrogen sulfid qazı olan mağaranın sərt şəraitinə baxmayaraq, hörümçəklərin sağ qalma mexanizmi tədqiqatçıları maraqlandırdı. Alimlər ekosistemin qeyri-adi bir qida zəncirinə əsaslandığını müəyyən edilbər.

Mağara sistemində inkişaf edən mikroblar kiçik ağcaqanadlar tərəfindən yeyilir. Daha sonra sıx sürü nəhəng torda dolaşır və hörümçəklər üçün bol qida mənbəyi təmin edir.

DNT analizi göstərdi ki, hörümçəklər mağaranın xaricindəki qohumlarından fərqlidir və bu da onların mağaranın özünəməxsus mühitinə uyğunlaşmasını göstərir.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

Vaxtın ölçülməsinin yeni üsulu tapıldı

Aynur Camal

Ernesto Çe Qevaranı ələ keçirən general öldü

Aynur Camal

Google-un süni intellekti Gemini artıq axtarış tarixçənizə daxil ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu