Dünya

Dünyanın ən böyük “qardan kürə”si Madridin Bernabéu stadionunda quruldu

Madridin məşhur Santiago Bernabéu stadionu bu Milad mövsümündə qeyri-adi bayram məkanına çevrilib. 83 min 186 tamaşaçı tutumuna malik stadion “dünyanın ən böyük qardan kürəsi” konsepti ilə bəzədilərək ziyarətçilərin ixtiyarına verilib.

Festival çərçivəsində stadion ərazisində buz meydançası, karusel, iri slaydlar və digər bayram əyləncələri quraşdırılıb. Tədbir əsasən ailələr və uşaqlar üçün nəzərdə tutulmuş Milad temalı əyləncə proqramları ilə diqqət çəkir.

Təşkilatçıların verdiyi məlumata görə, bayram həftəsi üçün nəzərdə tutulan bütün biletlər artıq satılıb. Bu isə tədbirin həm yerli sakinlər, həm də turistlər arasında böyük maraq doğurduğunu göstərir.

Mənbə: The Sun

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu