Çinli smartfon istehsalçısı Oppo, dünyanın ən nazik qatlana bilən telefonu olacağını iddia etdiyi Oppo Find N5-i təqdim etməyə hazırlaşır.
Oppo Find N5-i cəmi iki həftə ərzində Çində təqdimatı ilə eyni vaxtda qlobal miqyasda təqdim etməyi planlaşdırır.
Bu, şirkətin qatlana bilən cihazlarından birini eyni anda bir neçə bazarda satışa çıxarmaq üçün ilk cəhdi olacaq.
Telefonun ən diqqət çəkən xüsusiyyəti onun inanılmaz incəliyidir. Açıldıqda qalınlığı yalnız 4 mm olacaq. Oppo Find N5-i Apple məhsulları ilə müqayisə edərək, onun nə qədər nazik olduğunu vurğuladı. Bildirilib ki, Find N5 hətta qalınlığı cəmi 5,1 mm olan iPad Pro M4 (2024)-dən də nazikdir.
DİGƏR XÜSUSİYYƏTLƏRİ:
İnanılmaz dərəcədə nazik olmasına baxmayaraq, Find N5 həm Find N3, həm də orijinal OnePlus Open-da tapılan 4800 mAh-dan daha böyük olan 5900 mAh batareya ilə gəlir.
Bundan əlavə, indiki nəsildə əsas problem olan simsiz enerji doldurmanın olmaması da öz həllini tapıb. Belə ki, OnePlus Open 2-nin 50W sürətli simsiz şarjı dəstəklədiyi təsdiqləndi.
Mənbə: EnSonHaber