Fransız mediasının məlumatına əsasən dünyanın ən yaşlı insanı olan rahibə Lusil Randon 118 yaşında vəfat edib.
Fransa xalqına daha çox Bacı Andre ləqəbi ilə tanınan Lusil Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 26 aprel 2022-ci ildən planetin ən yaşlı sakini kimi tanınıb. O bu həftə yuxuda dünyasını dəyişib.
Keçən il verdiyi müsahibədə Randon jurnalistlərə ölməyə və cənnətdəki mərhum qohumlarına qovuşmağa hazır olduğunu söyləyib. O gəncliyində qubernator işləyib, daha sonra rahibə olub və 28 il Vişi xəstəxanasında çalışıb. Andre bacı adını alan rahibə burada yetimlərə və qocalara kömək edib. 1979-cu ildə Savoyda bir monastırda xidmət göstərib. 2009-cu ildən isə Toulon qocalar evində yaşayırdı.
Ginnesin Rekordlar Kitabı 2022-ci ilin aprelində 119 yaşına qədər yaşayan yapon qadın Kane Tanakonun ölümündən sonra Randonu 118 yaşında yaşayan ən yaşlı insan adlandırdı.
O, həmçinin 2021-ci ildə 116 yaşında virusa yoluxduqdan sonra Covid-19-dan sağ qalan ən yaşlı şəxs idi.
Mənbə :forbes.com