10 C
Baku
23 Dekabr 2024, 1:54
Baş xəbərDünya

Dünyanın ən yaşlı vəhşi aslanlarından biri olan Loonkiito öldürüldü

Bugun.tv xəbər verir ki, Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) sözçüsü Paul Jinaro BBC-yə bildirib ki, 19 yaşlı erkək şir Loonkiito ölkənin cənubunda Amboseli Milli Parkı ilə həmsərhəd Olkelunyiet kəndində öldürülüb.

Jinaro bildirib ki, “zəif qoca aslan” yemək axtarmaq üçün Amboseli Milli Parkını tərk edərək kəndə daxil olub. Qoca aslanın kənd sakinləri tərəfindən nizə ilə öldürüldüyü qeydə alınıb.

Lion Guardians, aslanları mühafizə təşkilatı, Loonkiitonun “ekosistemdəki və bəlkə də Afrikadakı ən yaşlı erkək aslan” olduğunu bildirib.

Vəhşi təbiətin mühafizəçisi və WildlifeDirect-in baş icraçı direktoru Paula Kahumbu isə aslanın öldürülməsindən kədərləndiyini söyləyib və ölkədə vəhşi təbiəti qorumaq üçün tədbirlər görməyə çağırıb: “Bu addım insan ilə təbiət arasında münasibətin qırılma nöqtəsidir və biz buna yol verməməliyik. Nəsli kəsilməkdə olan heyvanları qorumaq üçün bir ölkə olaraq daha çox iş görməliyik”.

Ümumdünya Təbiət Fondunun (WWF) məlumatına görə, təbiətdə orta ömrü 13 il olan şirlərin əksəriyyəti Afrikada, bəziləri isə Hindistanda yaşayır.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Paşinyan Blinkenlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Aynur Camal

Brent markalı neftin barel qiyməti 90,45 dollardır

İntizar Əmirova

“Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu