Baş xəbərİdman

Dünyanın ən yaxşı futbol komandaları bəlli oldu

Bugun.tv-nin “OptaAnalyst” saytından əldə etdiyi məlumata görə, cari il üçün dünyanın ən yaxşı futbol komandalarının adları açıqlanıb.

“Qarabağ” 13 500 komandanın yer aldığı reytinqdə 66-cıdır.

Məlumat Opta statistika platformasının tərtib etdiyi siyahıda öz əksini tapıb. Bu platforma 0-dan 100-ə qədər miqyasda 13500-ə yaxın yerli futbol komandasına bacarıq balı təyin edən qlobal komanda sıralama sistemidir. Burada sıfır dünyanın ən pis reytinqli komandası və 100-ü dünyanın ən yaxşı komandası kimi hesaba alınır.

“Köhlən atlar” Portuqaliya “Braqa”sı və Braziliya “Flamenqo”su ilə birlikdə 84,3 reytinq xalına malikdir.

Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi” (76,8) 256-cı, “Sabah” (76) 287-ci, “Zirə” (72,9) 540-cı, “Qəbələ” (71,3) 693-cü, “Turan Tovuz” (66,8) 1321-ci, “Şamaxı” (66,4) 1407-ci, “Sumqayıt” (65,5) 1575-ci, “Kəpəz” (64,6) 1759-cu, “Səbail” (63,9) isə 1896-cıdır.

13 500 komandanın yer aldığı cədvələ Almaniya təmsilçisi “Bavariya” (100) başçılıq edir. İngiltərənin “Mançester Siti” klubu (98,9) ikinci, “Liverpul” komandası isə (95,6) üçüncü pillədə qərarlaşıb.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu