12 C
Baku
7 Aprel 2026, 23:36
Digər

Dünyanın ən yüksək IQ göstəricisinə malik ölkələri açıqlandı

Dünya üzrə intellekt səviyyəsinə dair son araşdırmalar göstərir ki, Şərqi Asiya ölkələri həm IQ göstəriciləri, həm də akademik uğurlar baxımından lider mövqedədir.

Məlumata görə, Sinqapur xüsusilə təhsil sahəsindəki nailiyyətləri ilə ön plana çıxır. OECD-nin 2022-ci il üzrə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) nəticələrinə əsasən, bu ölkə riyaziyyat, elm və oxu bacarıqları üzrə birinci olub.

Eyni zamanda Çin, Yaponiya, Tayvan və Cənubi Koreya da ilk beşlikdə yer alaraq yüksək IQ ilə akademik uğur arasında güclü əlaqəni təsdiqləyib.

Bununla yanaşı, mütəxəssislər IQ-nun zəkanın yeganə göstəricisi olmadığını vurğulayırlar. Daha geniş yanaşma təqdim edən Zəka Kapitalı İndeksi (ICI) kimi reytinqlər təhsil keyfiyyəti, innovasiya və Nobel mükafatları kimi amilləri də nəzərə alır. Məsələn, 2017-ci ildə ABŞ bu indeksdə birinci olub, Rusiya və Çin isə ilk onluqda qərarlaşıb.

Araşdırmalarda həmçinin qeyd olunur ki, IQ göstəriciləri təkcə genetik amillərlə deyil, həm də təhsilə çıxış və sosial-iqtisadi şəraitlə sıx bağlıdır. Aşağı nəticələr çox vaxt təbii qabiliyyətdən çox, təhsil və inkişaf imkanlarındakı bərabərsizlikləri əks etdirir.

Ümumilikdə isə son məlumatlar Şərqi Asiya ölkələrinin qlobal miqyasda həm zəka, həm də təhsil performansı üzrə liderliyini qoruduğunu göstərir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Küveyt hökuməti vətəndaşlarına gecə saatlarında evdən çıxmamaq çağırışı etdi

Aynur Camal

İran 15 min raket və 45 min İHA ehtiyatı olduğunu açıqladı

Aynur Camal

Britaniya hökuməti İsrailin Qərb Şəriyəsində planlaşdırdığı E1 məskunlaşma layihəsinə qarşı tədbir görməyə çağırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu