30 C
Baku
27 İyul 2025, 19:41
Baş xəbərDünya

Dünyanın 3-cü ən varlı adamı Ceff Bezos ev alarkən endirim istədi: Sövdələşmə üsulu ilə biznesə başladı

Amazon-un qurucusu və dünyanın ən zəngin adamı Ceff Bezos Mayamidə ev alarkən problemlə üzləşib. Evin qiymətində endirim istəyən Bezos kimliyini gizlədib və danışıqlar aparıb. Ev sahibi Bezosu məhkəməyə verəcəyini açıqlayıb.

Fransız iş adamı Bernard Arnault və Elon Muskdan sonra dünyanın 3-cü ən varlı adamı olan Ceff Bezos ev alarkən məhkəməyə verilib. Üstəlik, bazarlıq üsuluna görə. 198 milyard dollar sərvəti olan Bezos Mayamidə ev almaq istəyib. Lakin Bezos evi alarkən kimliyini gizlədib.

Mayamidə 7 otaqlı dəbdəbəli evin qiymətində endirim istəyən Bezos, gizli kimliyi sayəsində çətin bazarlıq edib. Evi satan Leo Kryss alıcının dünyanın ən zəngin adamlarından biri olduğunu bilmədiyi üçün 6 milyard dollar endirim edib.

Leo Kryss evi alan şəxsin Bezos olduğunu öyrənincə aldandığını iddia edib. Kryss satışa vasitəçilik edən daşınmaz əmlak şirkətini məhkəməyə verəcəyini və “Bezos olduğunu bilsəydim, endirim etməzdim” dedi.

Kryss, keçən il evi 85 milyon dollara satışa çıxardığını, daşınmaz əmlak şirkətinin ona evi alacaq şəxsin 79 milyon dollardan çox pul ödəməyəcəyini söylədiyini bildirib.

Digər tərəfdən Tom Brady, David Guetta və İvanka Tramp kimi məşhur adlar da evin yerləşdiyi Mayamidəki Indian Creek bölgəsində yaşayır.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Ermənistanla sərhəddəki nəzarət-buraxılış məntəqəsi suveren ərazilərimizə nəzarətimizin tam olmasının sübutudur”

Nigar Məmmədova

Bir ilk: Səsgücləndirici ilə 5 dəfə azan oxundu

Aynur Camal

Suriyada çox sayda intihar dronu! Təhlükəsizlik qüvvələrinə təhvil verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu