35 C
Baku
20 İyul 2025, 11:14
DünyaSiyasət

Dünyanın diqqəti NATO sammitində – İsveç üzv ola biləcəkmi?

Bugun.tv xəbəbr verir ki, İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO Liderlərinin Sammiti keçiriləcək. Sammitin ən mühüm məsələlərindən biri İsveçin NATO-ya üzvlüyü olacaq. İsveç üzvlük üçün diplomatik prosesi həyata keçirsə də, Türkiyənin terrorla mübarizədə barışmaz mövqeyinə doğru heç bir konkret addım atmayıb. Sammitdəki danışıqlar 32-ci üzv üçün kritik əhəmiyyətə malikdir. Rusiya-Ukrayna müharibəsindən sonra NATO-ya üzvlük üçün müraciət edən Finlandiya-İsveç ikilisindən biri hələ də gözləmə mövqeyindədir. Finlandiyanın üzvlüyü təsdiqləndi və bu, Türkiyənin terrorla mübarizədə qəti mövqeyinə konkret cavab verdi. Ancaq İsveçdən də eyni mövqe görünmədi, əksinə, Quran yandıran etirazlara və terror təşkilatı fəaliyyətlərinə icazə verilməyə davam edildi. İsveçi NATO-ya üzvlük üçün “gözləmə otağı”nda saxlayan səbəblər də elə bunlardır. İyulun 11-də başlayacaq 2 günlük NATO Sammiti öncəsi Türkiyədən İsveç lehinə bir yanaşma hələlik görünmür.

Mənbə: TRT Haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

İtaliya Rəqabət Təşkilatı TikTok-u 10 milyon avro cərimə etdi

İntizar Əmirova

Xiaomi, artıq dəstək almayacaq telefonlarını açıqladı

Teymur Əziz

Pakistanda avtobus sərnişini dərəyə düşdü, ölənlər var

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu