Dünyanın ən hündür göydələni olacaq binanın tamamlanma tarixi açıqlanıb və gözləniləndən daha tez gəlir. Dünyanın ən hündür binası olacaq Ciddə İqtisadi Korporasiyası Qülləsinin (JEC Tower) 2028-ci ildə tamamlanması gözlənilir.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində yüksələcək bu nəhəng quruluş 1007 metr hündürlüyü ilə səmaya meydan oxuyacaq.
Əvvəlcə Kingdom Tower və Mile-High Tower adlanan layihə daha sonra Ciddə Qülləsi olaraq dəyişdirildi və hazırda Ciddə İqtisadi Korporasiyası Qülləsi adlanır.
Burj Khalifa-nın memarları Adrian Smith + Gordon Gill tərəfindən layihələndirilən JEC Tower 828 metrlik Burj Khalifa-nı keçərək dünyanın ən hündür binası olacaq.
JEC qülləsi Eyfel qülləsinin hündürlüyündən üç dəfə, Empire State Building-dən iki dəfə çox və ABŞ-ın ən hündür binası olan One World Trade Center-dən iki dəfə çox olacaq. Səhra bitkisinin qatlanmış yarpaqlarından ilhamlanan onun üçbucaqlı forması JEC Tower-a güclü küləklərə tab gətirməyə imkan verəcək.
BİNADA NƏ OLACAQ?
JEC Tower 59 lift və 157 mərtəbədən ibarət geniş interyerə sahib olacaq. Ziyarətçilərinə dünyanın ən yüksək müşahidə nöqtəsini təqdim edəcək qüllədə lüks otel, ofis otaqları və lüks rezidensiyalar da yer alacaq.
JEC Tower-in tikintisi on ildən çox əvvəl başlamışdı, lakin müxtəlif səbəblərdən ləngimələrə məruz qalmışdı. Keçən il işlərə yenidən başlandıqdan sonra layihənin təxminən 1,9 milyard dollarlıq müqavilə ilə tamamlanacağı dəqiq hesab edilir.
Mənbə: EnSonHaber