7 C
Baku
7 Fevral 2026, 11:57
Baş xəbərDünya

Dünyanın ən böyük konteynerdaşıyan gəmisinə “Türkiyə” adı verildi

Dünyanın 155 ölkəsində 760 gəmisi olan nəhəng konteyner operatoru MSC (Mediterranean Shipping Company) Türkiyədə Cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü münasibətilə, Çində istehsal edilən gəmisinə “Türkiyə” adını verib.

Bugun.tv xəbər verir ki, bu, dünyanın ən böyük konteyner daşıma qabiliyyətinə malik gəmisidir. Uzunluğu 399,9, eni 61,3 və dərinliyi 33,5 metr olan gəmi eyni anda 24 min 346 standart konteyner daşımaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, “Megamax” sinfinə aid “MSC Türkiyə” gəmisi hazırda Şərqi Çin dənizindədir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu