Dünya

Dünyanın ən gözəl modelləri elmi olaraq hesablandı!

Kate Moss zirvəyə çıxdı

İngiltərədə aparılan analizdə dünyaca məşhur modellər gözəlliyin qədim ölçüsü olan qızıl nisbətə görə qiymətləndirilib. Buna uyğun olaraq, Kate Moss, Cindy Crawford və Gisele Bündchenin üzləri ən mükəmməl nisbətlərə sahib olaraq seçildi.

Dünyanın ən gözəl 10 modeli…

Londonda estetik və plastik cərrahiyyə mütəxəssisi Dr. Julian De Silva gözəlliyi riyazi olaraq ölçən bir araşdırma yaratdı. Qədim Yunanıstandan bəri gözəlliyi təyin etmək üçün istifadə edilən Qızıl Nisbət kimi tanınan bu riyazi modellə dünyanın ən məşhur modellərinin üz cizgiləri təhlil edilib.

Dr. De Silva bu araşdırmanı üz cizgilərinin simmetriyası, gözlər, burun, dodaqlar və üz forması kimi meyarlar əsasında həyata keçirib. Nəticə: Qızıl Nisbətə ən yaxın üz cizgilərinə malik 10 məşhur model siyahıdadır!

Elmə görə dünyanın ən gözəl modelləri burada!

1. Kate Moss – 94,14 faiz

Kate Moss Qızıl Nisbətə ən yaxın üz cizgilərinə malik ad olaraq siyahının başında olub. Məşhur model 94,14 faiz nisbəti ilə mükəmməl sifətə ən yaxın xüsusiyyətlərə sahibdir.

2. Sindi Krouford – 93,87 faiz

İkinci yerdə yaşına meydan oxuyan gözəlliyi ilə Sindi Krouford gəlir. Siyahıda yüzdə 93,87 faizlə Krouford seçilir.

3. Jizel Bündhen – 93,11 faiz

Üçüncü yeri braziliyalı supermodel Jizel Bündxen tutub. Bündxenin üz cizgiləri 93,11 faizlə Qızıl Nisbətə çox yaxındır.

Siyahıda digər məşhur adlar da var

4. Jourdan Dann – 91,39 faiz

5. Vinni Harlou – 91,03 faiz

6. Kendall Jenner – 91,00 faiz

7. Liu Ven – 90,98 faiz

8. Kara Delevin – 89,97 faiz

9. Emili Ratajkovski – 89,37 faiz

10. Naomi Kempbell – 89,26 faiz

QIZIL NİSBƏTİ NƏDİR?

Qızıl nisbət təbiətdə və sənətdə simmetriya və estetik ölçüləri təyin etmək üçün istifadə olunan riyazi anlayışdır. Əgər üz cizgiləri bu modelə uyğun gəlirsə, estetik baxımdan daha gözəl sayılır. Bu araşdırma gözəllik anlayışını elmlə bir araya gətirməyi hədəfləyən maraqlı bir araşdırma olaraq diqqət çəkir.

MƏNBƏ: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Argentina üçqat dünya çempionu olub

Nigar Məmmədova

8 Martda ən çox arzulanan hədiyyələrin adı açıqlandı

Aynur Camal

4,3 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu