17 C
Baku
23 Aprel 2025, 22:50
Maraqlı faktlar

Dünyanın ən qorxulu ölüm meşəsinə virtual səyahət

Təbiət, yaşıllıq, meşə bəzən ruhumuzu dincəltmək, istirahət etmək üçün ən gözəl məkanlardan biri hesab olunur. Lakin dünyada bir çox meşələr var ki, bu meşələr vahimələrlə dolu olur. Bu cür meşələrdən biri Yaponiyada yerləşən Aokigahara və ya “Ağac dənizi”  kimi tanınan “Ölüm meşəsidir”. İnsanlar bu meşəyə öz həyatlarına son qoymaq üçün gəlirlər və bu meşə dünyada ən çox intihara şahidlik edən meşə olaraq tanınır.

Bu meşə zəngin təbiət gözəlliyinə sahib olsa da, bəzən çox vahiməli və qorxu dolu olur. Meşənin gizli məkanları var ki, hələ də oraya getməyə cəsarət edənlər yoxdur.

Meşədəki intiharların sayını azaltmaq üçün mütəxəssislər insan psixologiyası, tərəqqi və xoşbəxtlik kimi bir çox proqramları həyata keçirmələrinə baxmayaraq hələdə intiharların səviyyəsini azalda bilmirlər.

Bu meşə haqqında bir çox miflər və əfsanələr mövcuddur, hansı ki, bu əfsanələr insanları o meşəyə gəlməyə və orada intihara təşviq edir. Bu miflərdən biri, Japon folklöründə çox yayılmış bir qəhrəmanın Aokigahara meşəsində yaşadığı və bura gələn hər kəsin onunla üz-üzə gəldiyi və artıq geri qayıda bilmədiyi iddiasıdır.

Daha bir mifdə isə deyilir ki, bu meşə girişi olan lakin çixişı olmayan bir qutuya bənzəyir və hər ağacın bir canavar nökəri var. Ağaclar öz sarmaşıqları ilə insanları tələyə salıb nökərlərinə yem edirlər.

Ölüm meşəsinə virtual səyahətə hazırsınız?

Bugün TV

Oxşar xəbərlər

Piylənmənin qaraciyərə mənfi təsirləri aşkar edildi

Bugün TV

Amazon meşələri hər il 15 milyondan çox xəstəliyin qarşısını alır

Aynur Camal

Yeni kərtənkələ kəşf edildi: Uçur və gülümsəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu