10 C
Baku
13 Dekabr 2024, 1:00
Baş xəbərDünya

Dünyanın ən sürətli qırıcı təyyarəsi istehsal edilir

Hazırda istehsalat mərhələsində olan dünyanın ən sürətli “Son of Blackbird” (“Qara quşun oğlu”) adlanan SR-72 qırıcı təyyarəsi 2025-ci ildə səmaya qalxacaq.

Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, təyyarənin sürəti saatda 4 min kilometr olacaq. “Son of Blackbird” ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə veriləcək. Təyyarənin mərmilərinin də daha mükəmməl olacağı bildirilir. SR-72 qırıcısı digər analoqları ilə müqayisədə səmada hipersonik sürəti daha çox saxlaya biləcək. Ən başlıcası, avtopilot rejimində uçacaq və pilota ehtiyacı olmayacaq təyyarənin aviasiya sahəsində inqilab edəcəyi bildirilir.

Bu günədək olan ən sürətli təyyarə – “Mach6” statusunda olan qırıcılar da təxminən saatda 4 min kilometr sürətlə uçur, lakin onların bu sürət həddini uzun müddət saxlaması mümkün deyil.

Yeni təyyarə ABŞ-dan Avropaya 1 saat 30 dəqiqəyə uçacaq. Onun sələfi olmuş “Blackbird” adlı SR-71qırıcısı 1960-cı illərdə səmaya qalxıb və həmin dövrdə sovet hərbi, o cümlədən nüvə bazalarının fotoşəkillərini çəkib. Belə ki, S-71 qırıcısı adi kommersiya təyyarəsindən 15 kilometr daha hündürlükdə uça bilib.

İntizar Əmirova

Oxşar xəbərlər

Solar Orbiter Günəşin heyrətamiz fotolarını göndərdi

Aynur Camal

Atasından polisə şikayət edən şəxs öldü

Bugün TV

Gözdən əlil sahibkar hazırladığı texnologiya ilə Toqqun gözü oldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu