21 C
Baku
13 Oktyabr 2025, 17:18
Baş xəbərSiyasət

Düşənbə görüşü Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə necə təsir göstərəcək?

“Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə görüşündən sonra iki ölkə arasında münasibətlərin normallaşacağı gözlənilir” deyə şərh paylaşan deputat Vüqar Bayramov qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır.

“Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 10.6 faizi Rusiyanın payına düşüb. Bu xarici ticarətdə Rusiyanın 3-cü ən böyük tərəfdaş olması deməkdir. İxracda da Rusiya 4.7 faizlik payla ilk üçlükdədir. İdxalımızda 17,2 faiz payı olan Rusiya 18.0 faizlik Çindən sonra ikinci ən böyük tərəfdaşdır.

Qeyri neft-qaz məhsulları üzrə ixracın isə 34.3 faizi Rusiyaya yönəlib. Bu Rusiyanın qeyri-resurs iqtisadiyyatında ən böyük ticarət tərəfdaşı olması deməkdir. Rəqəmlər göstərir ki, ölkələr arasında soyuqluğa rəğmən, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələrdəki dinamika qorunub saxlanıb. Bu isə birbaşa ticarətin məhz biznes vasitəsi ilə aparılması ilə bağlıdır.

Bu baxımdan, Düşənbə görüşünün ilk ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyi gözlənilir. Aydındır ki, yaxşı əlaqələr daha böyük biznes imkanları deməkdir.

Bütün bunlar ilə yanaşı, Azərbaycanın xarici ticarətində şaxələnmənin daha da güclənməsi prioritetliyini qoruyub saxlayır. Bu eyni zamanda, ixrac bazarlarının diversifikasiyasını da aktuallaşdırmaqdadır”.

Aynur Camal

Oxşar xəbərlər

İsrail yanır! İşğal edilmiş Qüds və Təl-Əviv alov içində: Beynəlxalq yardım çağırışı

Aynur Camal

DSX Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdi

Aynur Camal

Güclü yağış oldu: Yollar gölə çevrildi, 3 nəqliyyat vasitəsi xarab oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu