22 C
Baku
27 İyul 2025, 9:08
Siyasət

“Düşünürük ki, Laçın zirvə görüşü hər 3 ölkənin tarixinə qızıl hərflərlə yazılacaq”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatları plenar iclasda Laçında keçirilən üç tərəfli zirvə görüşü haqqında məruzə ilə çıxış ediblər.

Millət vəkili Vüqar İskəndərov bu barədə qeyd edib ki, bu 3 tərəfli görüş dostluğun qardaşlığın parlaq təzahürüdür.

“3 liderin laçın görüşü həm regional həm qlobal miqyasda bir çox vacib mesajların çatdırılmasını təmin etdi. Azərbaycan dünyaya şərqi zəngəzurun füsunkar təbiətini, Laçının işğaldan azad olunmuş torpağınızın bərpasını yenidənqurulmasını, orada görülən işlərin miqyasını dünyaya nümayiş etdirdi. Üç lider bütün sahələrdə siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə bircə faydalı əməkdaşlığı təbliğ etdilər. Təbii olaraq dostlar buna sevinir gözəl götürməyənlər isə narahatdırlar. Biz bu görüşdən sonra Hindistanın bir çox həm dövlət, həm digər saytlarında gedən yazılarından da şahidi olduq ki, onlar tələm-tələsik Hindistan- Ermənistan və digər dövlətlərlə birgə işləməyin vacibliyini qeyd etdilər. Lakin Laçın görüşü düşünürük ki, dostluğa, qardaşlığa, birgəliyə bu siyasətə söykənən görüşləri təbliğ edirdi. Hər üç liderin bəyanatlarında biz bunların şahidi olduq. Lakin gözü götürməyənlərdə bilsinlər ki, 3 qardaş ölkə lazım olan vaxtda Beynəlxalq platformalarda birgə bir birinin hüquqlarını da müdafiə elə biləcəklər. Və düşünürük ki, Laçın zirvə görüşü hər 3 ölkənin tarixinə qızıl hərflərlə yazılacaq”.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Bayramov: “Azərbaycanın tələbləri nəticə verdi”

Nigar Məmmədova

Türkiyə və AB şəhərləri iqlim dəyişikliyi sahəsində ortaq layihələr hazırlayacaq

Bugün TV

“Azərbaycan və İran arasındakı strateji tərəfdaşlıq regionda sabitliyin təmin olunmasında həlledici rol oynayır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu