16 C
Baku
12 Oktyabr 2025, 0:08
Baş xəbərSiyasət

“Düşənbə görüşü Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə necə təsir göstərəcək?”

“Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə görüşündən sonra iki ölkə arasında münasibətlərin normallaşacağı gözlənilir.

Düşənbə görüşü Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə necə təsir göstərəcək?

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 10.6 faizi Rusiyanın payına düşüb. Bu xarici ticarətdə Rusiyanın 3-cü ən böyük tərəfdaş olması deməkdir. İxracda da Rusiya 4.8 faizlik payla ilk üçlükdədir. İdxalımızda 17,2 faiz payı olan Rusiya 18.0 faizlik Çindən sonra ikinci ən böyük tərəfdaşdır.

Qeyri neft-qaz məhsulları üzrə ixracın isə 34.3 faizi Rusiyaya yönəlib. Bu Rusiyanın qeyri-resurs iqtisadiyyatında ən böyük ticarət tərəfdaşı olması deməkdir” – deyə şərhini paylaşan deputat Vüqar Bayramov həmçinin qeyd edib ki, rəqəmlər göstərir ki, ölkələr arasında soyuqluğa rəğmən, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələrdəki dinamika qorunub saxlanıb.

Bu isə birbaşa ticarətin məhz biznes vasitəsi ilə aparılması ilə bağlıdır.

Bu baxımdan, Düşənbə görüşünün iki ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyi gözlənilir. Aydındır ki, yaxşı əlaqələr daha böyük biznes imkanları deməkdir.

Bütün bunlar ilə yanaşı, Azərbaycanın xarici ticarətində şaxələnmənin daha da güclənməsi prioritetliyini qoruyub saxlayır. Bu eyni zamanda, ixrac bazarlarının diversifikasiyasını da aktuallaşdırmaqdadır.

Milli Məclisin deputatı Vüqar Bayramov 

Aynur Camal

Oxşar xəbərlər

Netanyahu Misirin atəşkəs təklifini rədd edir

Aynur Camal

Elm dünyasına yeni töhfə: Antarktidada 6 yeni bakteriya aşkar edildi

Aynur Camal

Niyə məhz deputat Fazil Mustafa?-DEPUTAT YAZIR…

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu