16 C
Baku
31 Mart 2026, 15:19
Digər

DYP-dən çağırış: Sürücünün avtomobilində üzərində “Polis” yazısı həkk olunmuş aksesuar daşıması onun həmin peşənin sahibi olması anlamına gəlmir

Bugun.tv xəbər verir ki, son vaxtlar avtomobillərdə üzərində hüquq-mühafizə orqanlarının adı. Yaxud atributları həkk olunmuş aksesuarlardan istifadə halları geniş vüsət alıb.

Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır. Təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.

Baş Dövlət Yol Polisi İdarəsi üzərində “POLİS”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır. Bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir.

Bugün TV

Oxşar xəbərlər

Qəzzalı uşaqların ürəkdağlayan “dəfn oyunu” gündəm oldu

Aynur Camal

Ağ Evdən açıqlama: İran razılaşmaya daha meyllidir

Aynur Camal

Dünya İqtisadi Forumundan Türkiyə ilə bağlı diqqətçəkən açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu