15 C
Baku
27 Oktyabr 2025, 7:00
Baş xəbərSosial

DYP Novruz bayramı münasibətilə bütün hərəkət iştirakçılarına müraciət edib

Bugun.tv xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı münasibətilə bütün hərəkət iştirakçılarına müraciət edib:

“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə Sizi təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzulayırıq.

Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alaraq bəzi tövsiyələrimizi unutmamağınızı xahiş edirik.

Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyənləşdirilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhval ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə biganə olmayın!”. Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Uşaqlarınızı rəqəmsal dünyada tək qoymayın

Aynur Camal

“Bəzən valideyn qız övladını tək başına xaricə oxumağa buraxmır” – Ekspert rəyi

Aynur Camal

Parkinson xəstəliyi göz skanları ilə müəyyən edilə bilər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu