7 C
Baku
4 Dekabr 2024, 22:51
Dünya

Dəniz tısbağası yeyən onlarla insan zəhərlənib, bəziləri isə həyatını itirib

Filippində dəniz tısbağası əti yeyən 35 nəfər xəstəxanaya yerləşdirilib. Qusma, qarın ağrısı, ishal kimi şikayətləri olan onlarla insandan 3-ü həyat mübarizəsini itirib. Filippində Maguindanao del Norte əyalətində qaynadılmış dəniz tısbağası əti yeyən 38 nəfər zəhərlənib. Qusma, qarın ağrısı, ishal kimi şikayətlərlə xəstəxanaya müraciət edən onlarla insan müalicə olunub. Səlahiyyətlilər qaynadılmış dəniz tısbağası əti yeyən 3 nəfərin zəhərlənərək öldüyünü açıqlayıb.

Xəstəxanaya yerləşdirilən 34 nəfərin evə buraxıldığını bildirən səlahiyyətlilər, dəniz məhsullarını hərtərəfli təmizlənmədən yeməməyə çağırıb.

Filippində dəniz tısbağalarının ovlanması və istehlakı ətraf mühitin mühafizəsi qanunlarına əsasən qadağandır, baxmayaraq ki, bəzi icmalar onları ət və yumurta üçün ovlamağa davam edir.

BU İLK DEYİL!

Oxşar hadisə ötən ilin martında Zanzibar arxipelaqının Pemba şəhərində baş vermişdi. Tısbağa ətindən 8 uşaq və 1 böyük həyatını itirib, 78 nəfər xəstəxanaya yerləşdirilib.

Səlahiyyətlilər dəniz tısbağalarını istehlak etməməyə çağırıblar.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Səfir Nyu-Yorkda həbsdə olan rusiyalılara baş çəkdi

Nigar Məmmədova

Toto Kutunyo vəfat etdi

Kəmalə Sultan

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu