Dünya

Dəniz təyyarəsi qəzaya uğrayıb: 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Qərbi Avstraliya sahillərində avropalı turistləri daşıyan kiçik dəniz təyyarəsinin okeana düşməsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər sağ qalıb.

Yerli KİV-in məlumatına görə, təyyarə quokkas adlı mehriban marsupialları ilə məşhur olan turizm məkanı Rottnest adasından çıxarkən qəzaya uğrayıb.

Qəzadan sonra bölgəyə göndərilən qruplar dənizdən qalıqları çıxararkən, əyalətin baş naziri Rocer Kuk 3 nəfərin öldüyünü, 4 nəfərin isə sağ qaldığını təsdiqləyib.

Ölənlər arasında İsveçrədən olan 65 yaşlı qadın, Danimarkadan olan 60 yaşlı kişi və 34 yaşlı yerli pilot da var.

Qəzadan 63 yaşlı isveçrəli kişi, 58 yaşlı danimarkalı qadın və 60 yaşlarında olan avstraliyalı cütlük sağ qalıb.

Bildirilib ki, təyyarə qalxarkən qayaya çırpılıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Rusiya-Ukrayna cəbhəsində toqquşmalar intensivləşir

Aynur Camal

Britaniya Rusiyanın casusluq ittihamlarını rədd edir

Aynur Camal

Süleyman Soylu: “Son zəlzələlərdə həlak olanlar arasında 6 600 xarici ölkə vətəndaşı var”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu