35 C
Baku
20 İyul 2025, 11:18
Baş xəbərDünya

Dərinin rəngi ilə əlaqəli 135 yeni gen müəyyən edildi

Dərinin rəngi ilə əlaqəli 135 yeni gen müəyyən edilib.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, bu, ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub.

“News Medical Life Sciences”də yer alan məlumata görə, 169 funksional fərqli gen tapılıb, bunlardan 135-i yenidir. Oklahoma və Stanford universitetlərinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada “KLF6” və “COMMD3” adlı yeni kəşf edilən iki gen diqqəti çəkib. Onlardan biri – “KLF6” adlı DNT bağlayıcı zülal insanlarda və heyvanlarda melanin istehsalını itirməsinə səbəb olur, digər növlərdə isə melanin istehsalında mühüm rol oynayır. “COMMD3” isə melanosomların turşuluğunu idarə edərək melanin sintezini tənzimləyir.

Araşdırmada iştirak edən alim bildirib ki, belə tədqiqatlarda dəri xərçəngindən qorunmağın yollarını öyrənmək mümkün olur. Belə genləri kəşf etməklə tədqiqatçılar mikroblara və xəstəliklərə qarşı effektiv müdaxilələr hazırlaya bilərlər.

Araşdırma “Journal Science” adlı jurnalda da yayımlanıb.

İntizar Əmirova

Oxşar xəbərlər

Almaniya bu il il rekord həcmdə silah ixrac etdi

Aynur Camal

BMT: Cənubi Sudan liderləri ölkədə zorakılığı qızışdırırlar

Aynur Camal

ABŞ Ukraynaya silah-sursat nəqlini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu