11 C
Baku
27 Mart 2026, 13:38
Baş xəbər

E.Mirzəbəyli: “Belə bir təxribat gözlənilən idi”

Ermənistanın Xankəndidə növbəti dəfə təxribat törətməsinə politoloq Elçin Mirzəbəyli münasibət bildirib. O, Bugun.tv-yə müsahibəsində deyib ki, Azərbaycan ərazilərindəki qeyri-qanuni hərbi birləşmələrin separativ mövqeyini stimullaşdıran tərəflərin belə bir təxribat edəcəkləri gözlənilən idi. “Cəmiyyətimizin inteqrasiyasını istəməyən dairələr də bu prosesin pozulmasına cəhd göstərirlər. Atılan addım daha ciddi bir təxribata hazırlıq prosesi idi. Azərbaycan ərazilərində müvəqqəti məskunlaşan və təhlükəsizliyi təmin etməyə borclu olan sülhməramlıların da burada çox böyük bir günahı var. Əgər onlar bölgədə qeyri-qanuni hərbi birləşmələrin qarşısını almırlarsa bu aspektdən antiterror əməliyyatlarının keçirilməsi və bölgəni qorumaq Azərbaycanın öhdəliyinə düşür”. Bu təşəbbüsdə 3 tərəfli bəyanatın ilk müddəası (qanunsuz hərbi hərəkatların Azərbaycan ərazilərini tərk etməsi) ilə bağlı tələb yerinə yetirilməyib. Tələb yerinə yetirilməyibsə bu artıq sülhməramlıların mövcudluğunu şüphə altına alır. Məsuliyyət daşıyan başqa qüvvələrin arasında şübhəsiz ki, Fransa və digərləri də var”.

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu