27 C
Baku
28 İyun 2025, 10:38
Siyasət

E.Mirzəbəyli: “Azərbaycan səfirliyinin əməkdaşlarının kütləvi qətlə yetirilməsi öncədən planlaşdırılıb”

“Terrorçu Yasin Hüseynzadə “İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusu” (SEPAH) terror təşkilatının “Hüseyniyun” qruplaşmasının üzvüdür. Terror təşkilatının Suriya və İraqda həyata keçirdiyi aksiyalarda, “İran” adlanan ölkədə dinc etirazçılara divan tutulmasında iştirak edib”.

Bu sözləri Bugun.tv-yə açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

“Bu məlumat həm rejim daxilindən sızdırılan informasiyalarda, həm də müxtəlif ölkələrdə məskunlaşmış rejim əleyhdarlarının, hüquq müdafiəçilərinin paylaşımlarında öz əksini tapır.

Molla rejiminin terror aksiyasını məişət səviyyəsinə endirmək cəhdlərini terrorçuya kömək edən terror ortaqlarının hərəkətləri də iflasa uğradır. Eyni hərəkətlər – diqqəti yayındırmaq üçün yanğın və ya qəza törədilməsi cəhdləri SEPAH-ın bundan öncə törətdiyi terror aksiyaları zamanı da qeydə alınıb. Görüntüləri araşdıran təhlükəsizlik ekspertləri dəst-xəttin məhz SEPAH-a məxsus olduğunu bildirirlər. Bunu isbat edə biləcək faktlardan biri SEPAH-ın üç terrorçusunun 2012-ci ildə Tailandda, İsrail diplomətlarına qarşı planlaşdırılan terror aksiyası zamanı son hadisədə olduğu kimi, öncə partlayışın həyata keçirildiyi yerin qarşısındaki avtomobili yandırmaqla, daha sonra isə hadisə yerindən bir qədər uzaqda səs bombasından istifadə etməklə aksiya öncəsi diqqəti yayındırmağa cəhd göstərmələridir. Həmin hadisə zamanı səs bombası əsas partlayıcılarda detonasiyaya səbəb olmuş, terror aksiyasının sonadək icrası mümkün olmamışdı.

Azərbaycan səfirliyinin əməkdaşlarının kütləvi qətlə yetirilməsinə hesablanan terror aksiyasının öncədən planlaşdırılıldığı kimi baş tutmamasının səbəbi isə şübhəsiz ki, azərbaycanlı mühafizəçinin qəhrəmanlığıdır. Səfirliyin önündəki avtomobilin yandırılması cəhdi və bu baş tutmadıqda terrorçu Yasin Hüseynzadənin öz nəqliyyat vasitəsi ilə səfirliyin avtomobilini vuraraq diqqətin yayınmasına, həmçinin səfirliyin əməkdaşlarının qapını açaraq küçəyə çıxmalarına zəmin yaradılmasına xidmət edib. Yəni dəst-xətt eynidir və terror aksiyasının “İran” adlanan ölkənin xüsusi xidmət orqanları tərəfindən “SEPAH” terrorçularının vasitəsilə həyata keçirildiyi şübhə doğurmur”,- deyə politoloq qeyd etdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

S.Şoyqu: “Yüksək dəqiqlikli silahların istehsalı iki dəfə artırılsın”

Aynur Camal

Ərdoğanla Putinin görüşü zamanı texniki problemlər yaşandı

Kəmalə Sultan

Azərbaycan tankçıları hazırlıqlarını davam etdirirlər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu