Baş xəbərTexnologiya

“E-qanun” mobil tətbiq versiyasının təqdimatı keçirilib

Milli qanunvericilik bazası “E-qanun” mobil tətbiq versiyasının təqdimatı keçirilib.

Bugün.tv “Report”a istinadən xəbər verir ki, elektron bazada respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının qərarları, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarları da yerləşdirilib.

Təqdimatda çıxış edən Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, yeni istifadəyə verilən mobil tətbiq isə “e-qanun.az” saytının bütün funksiyalarını özündə ehtiva edir, həmçinin mobil tətbiqin desktop versiyası ilə müqayisədə əlavə funksiyası da var.

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ-İran qarşıdurması regionun siyasi nizamını dəyişir”

Aynur Camal

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu