Baş xəbər

“E-sosial” internet portalı Böyük Britaniyada mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı Böyük Britaniyanın Pensiya İdarəetmə İnstitutunun builki “Pinnacle Awards” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Bugun.tv-yə daxil olan məlumata görə, portal müsabiqənin “Təsir” kateqoriyası üzrə mükafata layiq görülüb.

İnstitutun hər il keçirdiyi müsabiqələr pensiya idarəçiliyi və əlaqəli sahələrdə uğurlu təcrübələri üzə çıxararaq tanıtmaq məqsədi daşıyır.

2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onların sosial məlumatlarına real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.

Ötən dövrdə portal Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” mükafatına, Beynəlxalq Sosial Təminat Assosiasiyanın “Ən yaxşı təcrübə üzrə Nailiyyət Mükafatı”ına, “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Mükəmməllik sertifikatı”na və s. beynəlxalq mükafatlara da layiq görülüb.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

 

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu