29 C
Baku
28 İyun 2025, 19:05
Baş xəbərSosial

“E-sosial” portalı və “Əmək və Məşğulluq” e-sistemi ABŞ-də keçirilən müsabiqənin qalibləri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki rəqəmsal layihəsi ABŞ-də fəaliyyət göstərən “Global Tech Awards” platformasının keçirdiyi müsabiqənin qalibləri olublar.

Onlardan “e-sosial” portalı “İcma və ya Assosiasiya (Veb saytlar)” nominasiyası, “Əmək və Məşğulluq” altsistemi isə “İnsan Resursları Texnologiyası (HRTech) nominasiyası üzrə mükafatlara layiq görülüblər.

Müsabiqədə digər qaliblər sırasında ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, BƏƏ və bir sıra digər ölkələrin layihələri yer alıb.

Müsabiqə innovasiya, yaradıcılıq və mükəmməlliyə fokuslanaraq, dünyanın müxtəlif yerlərindən ən müstəsna texnoloji həlləri və xidmətləri müəyyən etmək və mükafatlandırmaq məqsədi daşıyır.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Builki kinematoqrafçıların siyahısı açıqlandı

Aynur Camal

Mayın 12-də gözlənilən hava şəraiti

Aynur Camal

Yol qəzalarında 8 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu