Bugun.tv xəbər verir ki, “Ədəbi Birlik” Gənclər İctimai Birliyi indiyə qədər keçilən 5 illik yolda fəaliyyətlərinə dəstək verən, uğurlara töhfə göstərən dostların iştirakı ilə “Əbədi Birlik – 5 il: Birlikdən gələcəyə” adlı yubiley tədbiri keçirəcək. Bu barədə birliyin sədri Şahin Əliyev mediaya açıqlama verib.
“Tədbirin əsas məqsədi ötən illər ərzində görülən işləri nəzərdən keçirmək, əldə olunan nailiyyətləri bölüşmək, birlik və həmrəyliyin əhəmiyyətini vurğulamaq, eləcə də gələcək layihə və hədəfləri təqdim etməkdir” – deyə, Ş.Əliyev əlavə edib.
Onun sözlərinə görə, yubiley tədbiri yalnız geridə qalan illərin hesabatı deyil, həm də qarşıdakı dövr üçün yeni başlanğıcların, əməkdaşlıqların və birgə fəaliyyətlərin əsasını qoyacaq görüş olacaq.
Məlumat üçün bildirək ki, “Əbədi Birlik – 5 il: Birlikdən gələcəyə” yubiley tədbiri 3 avqust 2026-cı il tarixində Binəqədi Gənclər Evində keçiriləcək. Tədbirin başlanma vaxtı saat 13:00-dır.
Tədbirdə birlik yolunda iştirak edən və fəaliyyətə töhfə verən dəyərli qonaqların iştirakı gözlənilir.

