4 C
Baku
14 Dekabr 2025, 19:42
Baş xəbərDünya

ECO-nun 17-ci Zirvə görüşündə Qarabağ atlarının “Zəfər” şousu izlənildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

Əvvəlcə Azərbaycan Prezidenti və qonaqlar çay süfrəsi arxasında söhbət ediblər.

Sonra Qarabağ atlarının “Zəfər” şousu başlayıb.

Hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılandı. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər.

Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəziblər.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Aİ-dən Ukraynaya 30 milyard avro əlavə dəstək

Aynur Camal

Vitse-prezidentinin təyyarəsi radarlardan itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu