“Fənərbağça”da hücumçu axtarışları davam edir. Sarı-göylülərin gündəminin önəmli adlarından biri olan Edin Dzeko ilə danışıqlar son mərhələyə çatıb.
Bugun.tv xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bir müddət əvvəl bombardirin meneceri Alessandro Luççini İstanbula dəvət edən “Fənərbağça” rəhbərliyi ilk təklifini bildirib. Düşünmək üçün vaxt istəyən təcrübəli futbolçunun meneceri görüşdən sonra Türkiyədən gedib.
Sarı-göylər Edin Dzekoya 2 illik müqavilə və imza pulu təklif edib. Bildirilir ki, bosniyalı hücumçunun dəyəri bonuslar daxil olmaqla 10 milyon avroya yaxındır.
Qeyd edək ki, Edin Dzeko bu mövsüm “İnter”in heyətində 52 oyuna çıxıb. 14 dəfə rəqib torunu havalandıran bosniyalı futbolçu 4 dəfə qol ötürməsi edib.
İstanbulda oynanılan Çempionlar Liqasının Finalında çıxış edən 37 yaşlı ulduzu 57-ci dəqiqədə Romelu Lukaku əvəzləyib.
Mənbə: TRT haber