10 C
Baku
21 Dekabr 2024, 16:29
Baş xəbərDünya

Ədliyyə binasına atılan çantadakı partlayıcı işə düşdü: 6 nəfər yaralandı

ABŞ-ın Kaliforniya ştatında məhkəmə binasının girişindəki keçid məntəqəsində “qanunsuz odlu silah gəzdirmək”də günahlandırılan şəxsin atdığı çantadakı partlayıcının partlaması nəticəsində 6 nəfər yaralanıb.

CNN-in məlumatına görə, Kaliforniyada məhkəmə binasında partlayış baş verib.

Səlahiyyətlilər partlayışdan sonra verdikləri açıqlamada, “qanunsuz odlu silah gəzdirmək”də günahlandırılan 20 yaşlı Nathaniel McGuire-nin özü ilə gətirdiyi çantanı ədliyyə binasının girişindəki nəzarət-buraxılış məntəqəsinə atdığını bildirib.

Səlahiyyətlilər içərisində partlayıcı maddə olan çantanın partlaması nəticəsində ədliyyə dəhlizində olan 6 nəfərin yaralandığını qeyd edərək, hadisədə “polad jilet” geyinən şübhəlinin xəsarət almadığını bildirib.

Səlahiyyətlilər, McGuire-nin partlayışdan dərhal sonra polis tərəfindən tutulduğunu və “öldürməyə cəhd” və “partlayıcı maddələrin saxlanması və istifadəsi” ilə ittiham edildiyini açıqlayıb.

Digər tərəfdən, səlahiyyətlilər çantanın içindəkilərlə bağlı ətraflı məlumat paylaşmayıb.

Federal Təhqiqat Bürosunun (FTB) xüsusi agenti Ted Doks verdiyi açıqlamada araşdırmaya başladıqlarını və müvafiq qrupların hadisə yerinə gəldiyini bildirib.

“Hazırda bildiyimiz odur ki, bu hadisə transmilli terrorizmlə əlaqəli deyil və şübhəlinin terrorçu qruplarla heç bir əlaqəsi yoxdur”, – Doks bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“İsrail haqq işinə dəstək olan ölkələrdəndir”

Aynur Camal

Elon Musk-ın anası: “Bayden oğlumun dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”

Kəmalə Sultan

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu