36 C
Baku
20 İyul 2025, 15:15
Baş xəbərDünya

Efiopiya son illər defolt elan edən üçüncü Afrika ölkəsi oldu

Efiopiya 33 milyon dollarlıq beynəlxalq dövlət istiqrazlarını ödəyə bilmədiyi üçün defolt elan edib.

Bugun.tv Reuters agentliyinə istinadla xəbər verir ki, Afrikada əhali sıxlığına görə ikinci yerdə qərarlaşan Efiopiya COVID-19 pandemiyası və 2022-ci ilin noyabrında başa çatan ikiillik vətəndaş müharibəsindən sonra ağır maliyyə sıxıntıları içindədir. Hökumət dekabrın əvvəlində rəsmi olaraq defolt elan etmək niyyətində olduğunu bildirib. Ölkə dekabrın 11-də bir milyard dollarlıq borcunu tam olaraq ödəməli olsa da, 14 günlük “güzəşt dövrü” dekabrın 26-da başa çatıb.

Qeyd edək ki, Efiopiya son illərdə kredit borcunun öhdəsindən gələ bilməyən üçüncü Afrika ölkəsidir. Əvvəllər inkişaf etməkdə olan digər ölkələr də oxşar problemlə üzləşib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Orucluğun 22-ci gününün imsak və iftar vaxtının duaları

Bugün TV

DEAŞ-ın qondarma lideri və iki nəfər yaxalandı

Bugün TV

Üsyançılar hücuma keçdi, dinc sakinlər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu