5 C
Baku
27 Fevral 2026, 17:30
Baş xəbər

Efiopiyanın Baş naziri Azərbaycanda rəsmi səfərdədir

Bugun.tv xəbər verir ki, bu gün Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Ahmedin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Aliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinash Tayachewi qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.

Daha sonra Efiopiya Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Abiy Əhməd Əlinin qarşısından keçib.

Sonda rəsmi foto çəkdirilib.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Ceyhun Məmmədov: “Yalan və dedi-qodu orucun mahiyyətinə ziddir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu