15 C
Baku
24 Oktyabr 2025, 5:16
Sosial

“Efirə dəvət olunan ekspertlərin fəaliyyəti mütləq araşdırlmalıdır”

“Təhsil, səhiyyə, biznes, tikinti və digər sektorlarda dələduzluq əməlləri ilə əlaqədar həbs edilən şəxslərlə bağlı maraqlı bir detal daima diqqətimi çəkir. Bu adamların demək olar ki, hamısının əksər televiziya kanallarında boy-boy çıxışları olur, hər biri öz sahəsi üzrə mütəxəssis kimi təqdim edilir.

Vətəndaşların bu dələduzlara etimad göstərib aldanmasında onların tv-lərdə ekspert kimi təqdim edilərək, adları ətrafında etimad mühitinin yaradılması faktı az rol oynamır”.

Bugun.tv xəbər verir ki, bunu İslahatçı Gənclər İctimai Biriyinin sədri Fərid Şahbazlı öz facebook hesabında paylaşıb. Narahtlığını bildirib.

QHT sədri bu məsələlərdə televiziyaları ictimai məsuliyyətlərini dərk etməyə, fəaliyyətləri şübhəli olan şəxsləri efirə dəvət edərkən müəyyən araşdırmalar aparmağa, kommersiya maraqları naminə belə dələduzları reklam etməməyə çağırıb.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

6 aydan tez işdən çıxanların hansı hüquqları var?

Bugün TV

“Theraplay” Nitq və İnkişaf Mərkəzinin yeni filialı açıldı   

Elnarə Dərziyeva

Fitrə pulu ailədəki adam sayına görə, 5-10 manatdan çıxarılmalıdır   

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu