Sosial

“Efirə dəvət olunan ekspertlərin fəaliyyəti mütləq araşdırlmalıdır”

“Təhsil, səhiyyə, biznes, tikinti və digər sektorlarda dələduzluq əməlləri ilə əlaqədar həbs edilən şəxslərlə bağlı maraqlı bir detal daima diqqətimi çəkir. Bu adamların demək olar ki, hamısının əksər televiziya kanallarında boy-boy çıxışları olur, hər biri öz sahəsi üzrə mütəxəssis kimi təqdim edilir.

Vətəndaşların bu dələduzlara etimad göstərib aldanmasında onların tv-lərdə ekspert kimi təqdim edilərək, adları ətrafında etimad mühitinin yaradılması faktı az rol oynamır”.

Bugun.tv xəbər verir ki, bunu İslahatçı Gənclər İctimai Biriyinin sədri Fərid Şahbazlı öz facebook hesabında paylaşıb. Narahtlığını bildirib.

QHT sədri bu məsələlərdə televiziyaları ictimai məsuliyyətlərini dərk etməyə, fəaliyyətləri şübhəli olan şəxsləri efirə dəvət edərkən müəyyən araşdırmalar aparmağa, kommersiya maraqları naminə belə dələduzları reklam etməməyə çağırıb.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Metro və avtobuslarda gediş haqları artdı

Nigar Məmmədova

İşləyən analara hansı güzəştlər edilməlidir?

Nigar Məmmədova

Müharibə ilə əlaqədar əlilliyi olanlara 100 mənzil və fərdi ev verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu