14 C
Baku
22 Noyabr 2024, 11:23
Dünya

Əfqanıstan meymun çiçəyi virusuna qarşı dünyadan kömək istəyir

Əfqanıstanın müvəqqəti hökumətinin səhiyyə nazirinin müavini Nur Cəlal Celali paytaxtda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə M-poks virusunun yayılmasının qarşısının alınması və bu məsələ ilə bağlı aidiyyəti qurumların əlaqələndirilməsi müzakirə olunub.

Nazir vəzifəsini icra edən Celali Əfqanıstanda M-poks virusunun yayılmasının qarşısını almaq üçün beynəlxalq qurumlardan onlarla əməkdaşlıq etmələrini istəyib.

Müvafiq qurumlar arasında koordinasiya etmək və sözügedən virusa qarşı tədbirlər görmək üçün birgə komitə də yaradılıb.

M poks virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə “meymun çiçəyi” adını “mpoks” olaraq dəyişdirdi.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Əyləncə mərkəzində böyük yanğın! Ölkə ayağa qalxdı: 27 ölü 

Aynur Camal

Etiraz aksiyalarında 53 polis əməkdaşı bıçaqlandı

Aynur Camal

Meksikada 5.6 bal gücündə zəlzələ oldu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu