25 C
Baku
17 Sentyabr 2026, 12:05
DünyaSiyasət

Əfqanıstan-Pakistan sərhədində cavab qarşıdurması oldu

Əfqanıstanın Taliban rejimi arasında gərginlik ötən gün Pakistan ordusunun Talibanı cümə axşamı gecə paytaxt Kabil üzərində hava məkanını pozmaqda və Pakistanla həmsərhəd olan Paktika əyalətinin Marqa rayonunda bazarı bombalamaqda ittiham etməsindən sonra toqquşmaya çevrilib.

Taliban hökumətinin baş sözçüsü Zabihullah Mücahid, gecə boyu davam edən qarşıdurmalarda iki ölkə sərhədi olan 2640 kilometrlik Durand xətti yaxınlığında Pakistan ordusunun 25 məntəqəsinin ələ keçirildiyini, 58 pakistanlı əsgərin öldürüldüyünü açıqlayıb. Kabil və Paktikadakı insidentlərə görə məsuliyyəti rədd edən İslamabad Əfqanıstanın cavab hücumlarına silah və artilleriya atəşi ilə cavab verildiyini bildirib. Altıdan çox sərhəd bölgəsinə, xüsusən Kunar və Kuram bölgəsinə yayılan qarşıdurmalarda Əfqanıstanın 19 sərhəd məntəqəsi ələ keçirilib, Pakistan ordusunun media qanadı isə “200-dən çox Taliban döyüşçüsü öldürüldüyünü” iddia edib.

Pakistanın baş naziri Şehbaz Şərif Əfqanıstan hücumlarını kəskin şəkildə pisləyib və onları “təxribat” adlandırıb. Pakistanın daxili işlər naziri Möhsün Naqvi Əfqanıstanı “qan və odla oynayan ölkə” kimi xarakterizə edib.

Hadisələrdən sonra Pakistan Əfqanıstanla Torkham və Çaman sərhəd-keçid məntəqələrini bağlayıb. Yüzlərlə yardım və ticarət yük maşını hər iki tərəfdən keçid məntəqələrində qalıb. Qətər və Səudiyyə Ərəbistanından gələn zənglərdən sonra döyüşlərin dayandığı elan edilsə də, gün ərzində fasilələrlə atışma davam edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

700 ildir bu qayaların içində yaşayırlar: nə kondisioner, nə də qaz var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu