10 C
Baku
15 Mart 2026, 20:26
Hadisə

Əfqanıstanda təyyarə qəzaya uğrayıb- YENİLƏNİB

Bugun.tv xəbər verir ki, hadisə Əfqanıstanın şimal-şərqindəki Bədəxşan bölgəsində baş verib.

Əfqanıstanın yerli mediası əvvəlcə təyyarənin Hindistana məxsus sərnişin təyyarəsi olduğunu yazıb. Lakin sonradan Hindistan Aviasiya Nazirliyi qəzaya uğrayan təyyarənin heç bir Hindistan aviaşirkətinə aid olmadığını açıqlayıb.

Rusiya Aviasiya İdarəsi Hindistandan Moskvaya doğru hərəkət edən və içərisində 6 nəfərin olduğu Rusiya qeydiyyatlı təyyarənin radarlardan itdiyini açıqlayıb.

Təyyarənin Fransa istehsalı olan Falcon 10 tipli olduğu bildirilir.

Təyyarədə 6 nəfərin olduğu təxmin edilir. 2 nəfər rus vətəndaşı olub.

Sosial mediada paylaşılan, lakin təsdiqlənməmiş görüntülərdə təyyarənin qəzaya uğradığı güman edilən ərazidən tüstü çıxdığı görünür.

Mənbə: ntv

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Rus polis əməkdaşına bombalı hücum edildi

Aynur Camal

Güclü qış fırtınası ABŞ-ın şimal-şərqində məktəbləri bağlayıb, həyatı iflic edib

Aynur Camal

Güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu