Bugun.tv xəbər verir ki, bu barədə bazar ertəsi hakimiyyət orqanları məlumat yayıb. Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. Helikopterlər yaralıları dağıntılar altından təhlükəsiz yerə təxliyə edir. “Reuters” yazır ki, fəlakət yardımların kəskin azalması və ona qonşu ölkələrdən vətəndaşların kütləvi axını səbəbindən artıq humanitar böhranla mübarizə aparan Cənubi Asiya ölkəsinin resurslarını daha da tükəndirəcək. Səhiyyə Nazirliyi Kunar əyalətində üç kəndin dağıldığını, bir çox yaşayış məntəqəsinin isə ciddi ziyan gördüyünü bildirib. Kunar əyalətinin informasiya şöbəsinin rəhbəri Nəcibullah Hənifin sözlərinə görə, bu ərazidə 250 ölü və 500 yaralı var. O, rəqəmlərin dəyişə biləcəyini əlavə edib. Səlahiyyətlilərin bildirdiyinə görə, bir kənddə azı 30 nəfər həlak olub, yüzlərlə yaralı xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri