Yunanıstanda son günlər Ege adalarında artan seysmik aktivliyə görə baş nazir Kiryakos Mitsotakisin rəhbərliyi ilə bazar günü gecəsi fövqəladə toplantı keçirilib.
Başda Santorini olmaqla Egey adalarında seysmik aktivliyin artması və Afina Geodinamika İnstitutunun məlumatlarına görə, yanvarın 24-dən bu yana bölgədə 380-dən çox mini zəlzələnin baş verməsi mütəxəssisləri və hökuməti hərəkətə keçməyə sövq edib.
TƏDBİRLƏR MÜZAKİRƏ OLUNUB
Baş nazir Mitsotakisin rəhbərliyi altında hökumət rəsmiləri və ekspertlərin iştirakı ilə keçirilən toplantıda bölgədəki seysmik aktivlik və mümkün güclü zəlzələyə qarşı görülə biləcək tədbirlər müzakirə edilib. İqlim Böhranı və Mülki Müdafiə Naziri Vasilis Kikilyas, iclasdan sonra jurnalistlərə verdiyi açıqlamada, məsələ ilə bağlı indiyə qədər alınan qərarların ehtiyat xarakterli olduğunu bildirib və vətəndaşlardan qərar və qadağalara əməl etməyi xahiş edib.
YERLİ SAKİNLƏRƏ XƏBƏRDARLIQ
Egeydəki Amarqos Adası Bələdiyyəsi də 3 Fevral Bazar ertəsi günü adadakı uşaq bağçaları, ibtidai və orta məktəblərdə təhsilin bir gün müddətinə dayandırıldığını açıqladı. Adada bütün mədəni tədbirlər ləğv edilib və sakinlərdən qapalı ərazilərə toplaşmamaq istənilib.
Yunan mətbuatında yer alan xəbərə görə, məktəblərdə təhsilin bir günlük dayandırılması, bələdiyyə tədbirlərinin ləğvi kimi tədbirlər görüldüyü Santoriniyə axtarış-xilasetmə qrupu, axtarış-xilasetmə iti və insansız hava vasitələri göndərilib.
Adada axtarış-xilasetmə qrupları üçün çadırlar qurulub. Digər tərəfdən, mümkün zəlzələ zamanı strukturların zədələnməsinin qarşısını almaq üçün hovuzlar boşaldılıb.
Mənbə: EnSonHaber