19 C
Baku
8 Sentyabr 2024, 3:18
Baş xəbərSosial

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb

Bugun.tv xəbər verir ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınıb.

Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə,

sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür.

“Günay Bankın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi. Bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir”, – V.Bayramov  bildirib.

Bugün TV

Oxşar xəbərlər

Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başladıldı

Aynur Camal

Təyyarə yaşayış məntəqəsinə düşdü

Elnarə Dərziyeva

Ötən gündə baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu