17 C
Baku
10 İyun 2025, 8:43
Sosial

Ekoloji fəlakət -100 minlərlə balığın məhv olma səbəbi nədir?

Mövzu ilə bağlı, Bugun.tv-nin sualına aydınlıq gətirən sosioloq Elçin Bayramlı vurğulayıb ki, bu çox böyük ekoloji fəlakətdir. Burda 100 minlərlə balığın qəfildən və kütləvi məhv olmasından söhbət gedir.  Bu Məmmədli kəndindəki Göldür. Əvvəlcə səhv informasiya yalmışdı ki, guya bu hadisə Xəzər də olub. Deməli burada bəzi şübhəli məqamlar var.  Səbəb hələ dəqiq bilinmir deyə ehtimallar irəli sürə bilərik. Adətən Göllərdəki balıqların kütləvi şəkildə  məhkəmə olması bir neçə əsas səbəbdən baş verir. Onlardan biri həmin Gölə, Çaya zəhərli kimyəvi maddələrin axıdılmasıdır. Bu sənaye tullantıları ola bilər, məsələn boya zavodunun tutaq ki, axıntıları və bunun kimi digər kimyə maddələr axıdıldıqda olur.

Digər bir ehtimal da o ola bilər ki, bu kimi göllərdə bəzi şəxslər tərəfindən balıqların kütləvi tutulması üçün suya elektrik buraxılır. Güclü cərəyan şiddəti buraxılır və nəticədə belə bir kütləvi qırğın baş verir. Başqa bir şübhəli məqam odur ki, kiçik bir gördə belə iri balıqların bu sayda, bu həcmdə olması inandırıcı deyil. Belə çıxır ki, bu Gölə xüsusi balıq yetişdirmə üsulu ilə çoxlu balıq buraxılıb. Deməli bu sürətlə böyüyən çoxalan, genetik ratifikasiya olunmuş balıq növləridir yəqinki. Yəni hər bir halda bu çox təhlükəli tendensiyadır. Heç bir adi səbəb bu qədər balığın eyni vaxtda öldürməsinə səbəb ola bilməz.

Dediyim ehtimalla ya zəhərli tullantılar axıdılıb ya da ki, elektrik buraxılıb. Başqa səbəblər də ola bilər az bir ehtimalı var. İndi yəqin araşdırılanda ortaya bir şey çıxacaq. Amma burda daha bir təhlükə var ərazi  tamamilə qorunmalıdır və həmin balıqlar məhv edilməlidir ki, bəzi dəllallar onların satışın yönəldə bilməsin. Orda kütləvi şəkildə 100 tonlarla, 1000 tonlarla balıq var. Bunu satışa yönəldə və yaxud konserv zavodlarına yönəldilə bilərlər. O baxımdan əraziyə ictimai nünayəndələrin iştirakı ilə birinci qapalı saxlanılmalıdır, ikincisi də ictimaiyyətinin göz qarşısında bunların zərərləşdirilməsi həyata keçirilməlidir. Yəni məhv olunmalıdır ki, qida üçün istifadə olunmağa cəhd eləməsin kimsə. Həm də təhlükəli bir məsələdi, ümumiyyətlə bu kimi məsələlər həmişə ictimai gündəmdə olmalıdır, nəzarətdə saxlanmalıdır. Mediya yaxşı olar ki, məsələnin sonunda qədər getsin və müvafiq orqanlardan araşdırmaların nəticələrini tələb etsin.  Yəni bu çox təhlükəli bir şeydi. Əgər bu hadisə baş verməsəydi, o balıqlardan insanlar qidalanan və zəhərlənə bilərdilər. Bu baxımdan da, məsələ diqqətdə saxlanmalıdır.

Baş redaktor, sosioloq Elçin Bayramlı 

Aynur Camal

Oxşar xəbərlər

Oğul atasını döydü

Könül Kərimova

BDYPİ- i sürücülərə müraciət etdi

Aynur Camal

“ƏN TEZ” xidməti istifadəyə verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu