17 C
Baku
10 İyun 2025, 5:19
Baş xəbərDigər

Ekoloji maarifləndirmə kampaniyaları təşkil olunacaq

“Optimist” ictimai birliyinin sədri Habil Niftalının Bugün.tv-yə verdiyi məlumata görə, bu gündən “Regonlarda bələdiyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili” layihəsinə start verildi.

O qeyd edib ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Regonlarda bələdiyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili” layihəsi iki ay (01.09.2022 – 01.11.2022) müddətində icra olunacaq.

Qəbələ, Oğuz, İsmayıllı və Şəki rayonlarında bələdiyyələrin yaxından iştirakı ilə yerli icma arasında şoranlaşmanın qarşısının alınması istiqamətində ekoloji maarifləndirmə işi aparılacaq, eroziyaya məruz qalmış torpaqların fərdi və kollektiv şəkildə əkinə yararlı hala salınması metodlarını region əhalisinə aşılamaqla yerli icma üzvləri arasında ekoloji maarifçilik şüurunun artırılmasına töhfə veriləcəkdir.

Aynur Camal

Oxşar xəbərlər

Fırıldaqçılara qarşı əməliyyat: 4 həbs

İntizar Əmirova

Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta

Aynur Camal

Aprelin 30-da gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu