26 C
Baku
23 İyul 2025, 4:38
Baş xəbərSiyasət

“Ekoloji şəhər həlləri!!!” FOTOLAR

“İstifadəsiz qalan məkanları fərqli formada şəhərə qazandırmaq müasir şəhərsalmanın əsas hədəflərindən hesab edilir. Misal üçün, Şanxay şəhər meriyası tərk edilmiş sənaye zonalarının istifadəsini yenidən nəzərdən keçirir və uğurla bacarır” – bu fikirləri siyasi ekspert Aqil Məmmədov öz sosial media hesabında bildirib.

Politoloq, qeyd edib ki, belə layihələrdən biri Expo Cultural Park-da yerləşən istixanadır. Bu istixana keçmiş polad zavodunun və 2010-cu ildə keçirilən Expo sərgisindən qalan tərk edilmiş obyektlərin ərazisində yaradılıb.

Layihə Şanxay meriyasının təşəbbüsü ilə şəhərin mərkəzinə yaşıllığın qaytarılması üzrə genişmiqyaslı proqram çərçivəsində icra edilib. Bununla meriya göstərir ki, hətta köhnə sənaye zonaları belə yenidən canlı, faydalı və gözəl məkanlara çevrilə bilər.

İstixana üç pavilyondan ibarətdir və hər biri müxtəlif təbii mühiti əks etdirir: səhralıq landşaftları, tropik meşələr və gül bağları. İçəridə nadir bitkilər yetişdirilir və kompleks sərgilər, ekskursiyalar və gəzinti üçün sevilən məkana çevrilməkdədir.

Bu istixana indi həm sərgilərin keçirildiyi mədəniyyət mərkəzi, həm də təbiət qoynunda istirahət üçün sakit bir məkan özəlliyinə malikdir. Bu layihə göstərir ki, şəhərə yaşıllığı qaytarmaqla tarixi də qorumaq mümkündür.

Politoloq, siyasi ekspert Aqil Məmmədov 

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub

Aynur Camal

Nazirliyin rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görüldü

Aynur Camal

Prezidentdən Naxçıvan bəyanatı: Üç region birləşdirilir – Yeni plan

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu