33 C
Baku
21 İyul 2025, 16:55
Baş xəbərSosial

Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyi məlumat yaydı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Bugun.tv-yə daxil olan məlumata əsasən, cari ilin mart ayı ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Saatlı rayonları ərazisində bu istiqamətdə keçirilən birgə tədbirlər nəticəsində tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması, çirkab suların axıdılması, tibbi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi və ağaclarla bağlı mühafizə tədbirlərinin görülməməsi, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin tələblərini pozan 12 fiziki, 3 vəzifəli və 1 hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Yol qəzası oldu: 7 yaralı var

Bugün TV

Tədqiqatçılar 6 planetin sinxron hərəkət etdiyi Günəş sistemini kəşf etdilər

Aynur Camal

Vinq Çun Federasiyasının üzvü Negin Mustafayeva: “Bütün qızlar özünümüdafiəni bilməlidirlər”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu