Bu Dual Film Production və Beynəlxalq Film Televiziyasının müştərək layihəsidir. Efir vaxtı 20 dəqiqəlik olan action filmi dedektiv və dram janrında çəkilib.
Bu barədə layihə rəhbəri Röyal Lətifli Bugun.tv -yə müsahibəsində bildirib. Onun sözlərinə görə quruluşçu rejissor Taleh Xanlar və Beynəlxalq Film Televiziyasının Prezidenti rejissor Tehran Osmanov, rejissor assentləri Nəzrin Heydərova, Ayşən İmanova olan “Qayıdış” filmi Elnur adlı baş obrazın mafiyadan çıxması ilə başlayır. Bütün hadisələr bundan sonra dəyişir.
“Filmdə baş rollarda Azər Əsgərov və mən rol almışam. Digər obrazları isə Fatimə Bağırzadə, Zabil Məhərrəmov və.s canlandırır. “Qayıdışın” yayımı youtube üçün nəzərdə tutulub. Tamaşaçıları möhtəşəm Qala gecəsi gözləyir. Bədii filmə Azərbaycandan və qardaş ölkə Türkiyədən geniş media və reklam dəstəyi verilir”,-deyə, Röyal Lətifli qeyd edib.
Təşkilati dəstəkçilər sırasında Aksu Film Yapım, MgMedia Yapım, Mavi Media Yapım, Arslan Film Yapım, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi, Media Tədris Mərkəzi, “Bugün TV Media Qurumu”, New Suny Production, Azərbaycan İncəsənət Məktəbi, Azərbaycanlıların beynəlxalq mədəniyyət mərkəzi-də var.
“Qayıdış”-filmi noyabr ayının sonuna dekabr ayının əvvəlində yayıma verilməsi nəzərdə tutulur.