3 C
Baku
14 Dekabr 2025, 8:07
Baş xəbərDünya

Əksər amerikalılar Baydenin İsrail-HƏMAS müharibəsi ilə bağlı siyasətini bəyənmədilər

CBS News dekabrın 6-8-də ABŞ-da 2144 nəfər arasında sorğu keçirib.

Bugun.tv xəbər verir ki, rəyi soruşulanların 34 faizi ABŞ hökumətinin hərəkətlərinin Qəzza ilə bağlı sülhə xidmət etmədiyini, 20 faizi isə bunun əksini düşündüyünü bildirib. Bayden hökumətinin siyasətinin heç bir təsiri olmadığını düşünənlər respondentlərin 46 faizini təşkil edib.

Rəyi soruşulanların 61 faizi İsrail-HƏMAS müharibəsi ilə bağlı Prezident Baydenin siyasətini bəyənmədiyini bildirib.

Demokratlar arasında İsrailə həddindən artıq dəstək verildiyini düşünənlər artıb.

Baydenin İsrailə yanaşması Demokratlar Partiyası daxilində fikir ayrılıqlarının artmasına səbəb olub.

Bugün TV

Oxşar xəbərlər

Leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 15 nəfər öldü

Bugün TV

Ukraynalı əsir Rusiya silahlıları tərəfindən güllələnib

Bugün TV

Ermənistan daxilində qüvvələr bölgüsü hansı istiqamətdə irəliləyir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu